F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyadakı həftəsonuna ideal başlanğıc edə bilməyib. O, sıralanma turunda 13-cü olub. Buna baxmayaraq, Sprint yarışında yaxşı performans göstərək, 5-ci yerdə finişə çatıb.
Serxio Peres: “Yeniliklərə görə geridə qaldım. Əvvəlki kimi özümü boliddə rahat hiss etmirəm. Buna görə də çox işləməliyəm. Bolid get-gedə mənim üçün narahatlaşır.
Maksı məğlub etmək istəyirəm. Bu sirr deyil. Eyni zamanda Red Bull-un da yaxşı işləməsini istəyirəm. Maksın qələbələri mənim çempionatdakı mövqeyim üçün yaxşı deyil. Ancaq günün sonunda Mister Xoşbəxt olmalıyam, çünki bu mənim komandamdır.
Mübarizə çətinləşir. İnkişaf etmək lazımdır. Bir neçə yarış da xalsız qalsam, çempionat mənim üçün bitəcək. Ümid edirəm ki, yarışı bitirə bilərəm”.