F-1.az xatırladır ki, Maks Ferstappen ilə onun arasında çempionatda xeyli az olan xal fərqi son 3 yarışda artıq 69-a çatıb. Çeko özü də bu vəziyyətdən narahat olduğunu etiraf edir.
Serxio Peres: “Son yarışlar yaxşı getmir. Əsas problem maşınımın əyləc zamanı davranışı ilə bağlıdır. İnanırıq ki, növbəti dəfə daha güclü qayıtmaq üçün diqqət bu məsələyə yönəlməlidir. Təkərlərlə işdə bir neçə şeyi dəyişdirdik, parametrləri düzəltdik ki, nə baş verdiyini dəqiq başa düşə bilim. Komanda ilə birlikdə hazırda mövcud olan bütün problemləri həll etmək üçün bazada çox çalışacağıq.
Belə şeylər baş verəndə psixoloji cəhətdən sabit qalmaq vacibdir və mən dözümlüyəm. Bilirəm ki, iki uğursuz yarış seriyasını Barselona və Monrealda dayandırmalıyam. Monakoda özüm səhv etdim və həmin həftəsonu pis keçdi, amma Monakoda sürətim var idi. Məni daha çox keçmiş yarışlarda tempin olmaması narahat edir. Ümid edirəm ki, formamı geri qaytara biləcəyəm”.
Qeyd edək ki, növbəti yarış Red Bull üçün doğma olan Şpilberqdə – Red Bull Rinqdə baş tutacaq.