Peres məyusdur

Bu həftəsonu baş tutacaq yarışın ləğv edilməsi ilə bağlı reaksiyalar gəlməkdədir.

F-1.az xəbər verir ki, Red Bull-un meksikalı sürücüsü məyusluğunu gizlətməyib və İmolaya qayıtmağa ümid etdiyini bildirib.

Serxio Peres: “Mən İtaliyanın Emilia-Romanya bölgəsindəki insanlar üçün düşünürəm və onlar üçün dua edirəm. Bu həftəsonu orada yarışa bilməyəcəyik, amma ümid edirəm ki, tezliklə qayıda biləcəyik. Xahiş edirəm ki, insanların təhlükəsizliyi üçün hər şey edilsin”.

Xatırladaq ki, İtaliyanın şimalına yağan intensiv yağışların yaratdığı daşqınlar səbəbindən bu həftəsonu İmola trasında keçirilməsi planlaşdırılan Emiliya Romanya Qran Prisi ləğv edilib. Bir saat əvvəl çempionat rəhbərliyi, yarışın promouterləri və yerli idarəedici orqanlar bu barədə rəsmi bəyanat yayıblar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*