İspaniyada dərc olunan Marca qəzeti yazıb ki, Serxio Peres artıq Red Bull-la yeni müqavilənin bütün şərtlərini razılaşdırıb, sadəcə müqavilənin müddəti müzakirə mövzusu olaraq qalıb.
Meksikalı sürücü komanda ilə ikiillik müqavilə bağlamaq arzusunda olsa da, komanda sürücüsü ilə birillik müqavilə bağlamağa üstünlük verir.
Qəzetin yazdığına görə, çox güman ki, yay tətilindən öncə tərəflər yeni müqaviləni elan edəcəklər…