PDVSA yayılan məlumatları təkzib edib

Venesuelanın PDVSA neft şirkəti sponsoru olduğu Pastor Maldonadonun növbəti mövsümdə də Renault-da çıxış edəcəyini bildirib.

F-1.az bir-neçə gün əvvəl xarici  mətbuata istinadən xəbər vermişdi ki, PDVSA sponsorluq çərçivəsində Renault-ya ödəməli olduğu 50 milyon dolların ödənişini gecikdirir. Əgər növbəti həftəyə qədər ödəniş həyata keçirilməsə, komanda Maldonadonu başqa pilotla əvəzləyəcək. Onu əvəzləmək üçün ən real namizəd Kevin Maqnussen hesab olunurdu.

Başqa bir xəbərdə isə, Siril Abitebulun danışıqlar üçün Venesuelanın paytaxtı Karakas şəhərinə uçduğunu bildirmişdik.

Bütün bu məlumatlar PDVSA tərəfindən təkzib edilib: “Deyilənlər şayiələrdən başqa bir şey deyil. Keçən il Lotusla bağladığımız müqavilədən sonra o barədə bizə heç nə deyilməyib. Renault ilə bəzi görüşlərimiz olub. Bunlar, həmişə olan normal görüşlərdir. Birgə fəaliyyətimiz və planlarımız barədə danışmışıq”.

 

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*