F-1.az xəbər verir ki, Venesuelanın neft şirkəti PDVSA Maldonado üçün Renault-ya illik 50 milyon dollar ödəyir. Amma şirkət tərəfindən ödəniş gecikdirilir. Bunu şirkətin iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqələndirənlər də var. Xarici mətbuatda yayılan xəbərlərə görə, növbəti həftəyə qədər ödəniş təmin olunmasa, komanda venesuelalı pilotla yollarını ayıracaq.
Biz səhər xəbər vermişdik ki, McLaren-in test pilotu Kevin Maqnussenin Renault-nun fabrikinə baş çəkdiyi və komanda rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.
Renault-dan verilən məlumatda isə komandanın Colion Palmer və Pastor Maldonado ilə mübarizə aparacağı deyilib. PDVSA barədə çıxan xəbərlərə isə heç bir münasibət bildirilməyib.