F-1.az xatırladır ki, Pastor Maldonado 2011-ci ildən etibarən 5 mövsüm PDVSA-nın dəstəyi ilə Formula1-də yarışmış, lakin bu ilin əvvəlində şirkət lazım olan məbləği ödəməyəcəyini bildirmişdi. Bunun nəticəsində də Maldonado cari mövsümdə yarışa bilməyib.
Pastor bir neçə komanda ilə danışıqlar aparırdı və gələn mövsüm yenidən yarışmaq ehtimalının yüksək olduğunu bildirirdi. Lakin böhranda olan şirkətin borcları da çoxalıb və onların ödənilməsi tələb edilir. Şirkətin rəsmilərindən biri deyib: “Əgər planlarımız uğurlu olmasa, mövcud borclarımızı ödəmək çox çətin olacaq”.
Maldonadonun başqa böyük sponsoru yoxdur.