HRT komandasının müflis olmasından sonra müqaviləsiz qalan Pedro de la Rosa Formula1-də qalmaq variantlarını axtarmaqda davam edir. İspaniyanın El Mundoqəzetinin verdiyi məlumata görə, 41 yaşlı sürücü çempionatda test sürücü kimi qalmağa ümid edir və Williams, Mercedes AMG və Ferrari komandaları ilə danışıqlar aparır, hərçənd, sürücünün McLaren-ə qayıtmaq şansı daha yüksəkdir.
F1 Racing jurnalına müsahibəsində ispaniyalı sürücü bildirib ki, McLaren komandası onun işlədiyi ən yaxşı komanda olub, amma inanmır ki, Uokinqdə onun qayıtmasına sevinəcəklər, çünki sürücü artıq iki dəfə komandanı tərk edib: 2010-cu ildə Sauber-ə, 2012-ci ildə isə HRT-yə keçmişdi. Amma buna baxmayaraq, McLaren-ə qayıtmaq şansı var: şayiələrə görə, Serxio Peres komandasından Pedronun qaytarılmasını xahiş edib, çünki məhz ispaniyalı sürücü onun McLaren-ə daha tez öyrəşməsinə kömək edə bilər…