P.de la Rosa McLaren-in arxa antiqanadı haqqında

Təqdimat mərasimində yeni maşını nümayiş etdirən McLaren komandası testlərdə arxa antiqanadın keçənilki versiyasından istifadə edir. Portimaoda komandanın mətbuat xidməti bunu […]

Təqdimat mərasimində yeni maşını nümayiş etdirən McLaren komandası testlərdə arxa antiqanadın keçənilki versiyasından istifadə edir. Portimaoda komandanın mətbuat xidməti bunu nəm asfaltla daha effektiv ilişməyə nail olmaq arzusu ilə izah etmişdi, lakin keçən həftə Xeresdə hava yaxşılaşdı və komanda bu dəfə xəbər verib ki, trasın konfiqurasiyasına cavab verəcək antiqanad hələ hazır deyil. İspaniyada dərc olunan Diario Sport qəzetinə müsahibəsində komandanın test pilotu Pedro de la Rosa vəziyyəti şərh edib…

Pedro de la Rosa: “Bizim üçün müqayisə nöqtəsi, dayağı lazımdır, ancaq bu halda yeniliyin effektliyini qiymətləndirmək mümkündür. Yeni maşın məchullar yığınıdır, bu məchullarla işləmək üçün əlimizin altında müqayisələr və oxşatmalar olmalıdır. Bununla vaxta da qənaət edilir, düzgün nəticələr çıxarılır, ona görə də biz testlərdə keçənilki antiqanaddan istifadə edirik, amma bu zaman asfalta yatma qüvvəsi yeni reqlamentin tələblərinə uyğun sazlanılır.

KERS? Bazada biz sistemi artıq dekabrda yoxlamışıq, həmin vaxtdan testlərin həcmi tədricən artır. Söhbət tamamilə yeni və mürəkkəb texnologiyadan gedir, onun etibarlılığına təminat lazımdır. Biz təkcə KERS-in effektliyi üzərində işləmirik, komandanın vəzifəsi həm də maşının ümumilikdə yüksək etibarlılığın təmin etməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*