P.de la Rosa GPDA-ə yenidən başçılıq etməyə hazırdır

Britaniyanın Autosport qəzeti Pedro de la Rosaya istinadən xəbər yayıb ki, ispaniyalı sürücü GPDA-in, yəni Formula1 sürücülərinin həmkarlar ittifaqının başçısı […]

Britaniyanın Autosport qəzeti Pedro de la Rosaya istinadən xəbər yayıb ki, ispaniyalı sürücü GPDA-in, yəni Formula1 sürücülərinin həmkarlar ittifaqının başçısı vəzifəsində qalmağa razıdır. De la Rosa GPDA-ə 2008-2010-cu illərdə başçılıq edib və 2012-ci ildə də eyni vəzifəni üzərinə götürmüşdü.

Əlbəttə, son qərarı sürücülər Avstraliya uik-endi günlərində qəbul edəcəklər, bunun üçün bütün GPDA üzvlərinin səsverməsi gərəkdir. Amma Pedronun nüfuzunu və bu işdə təcrübəsini nəzərə alaraq sözyləmək olar ki, Ferrari-nin yeni test sürücüsü öz yerini qoruyacaq – onsuz da bu işi üzərinə götürmək istəyən ikinci sürücü tapılmayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*