P.de la Rosa Campos-la müqavilə bağlamağa hazır deyil

McLaren komandasının test sürücüsü Pedro de la Rosanı artıq indidən bir çoxları gələn il yeni Campos Meta komandasının heyətində əsas […]

McLaren komandasının test sürücüsü Pedro de la Rosanı artıq indidən bir çoxları gələn il yeni Campos Meta komandasının heyətində əsas sürücü kimi görürlər, amma Almaniyanın Auto Motor und Sport saytına müsahibəsində ispan sürücü bildirib ki, o hələlik müqavilə bağlamağa hazır deyil…

Pedro de la Rosa: “Bir qədər qeyri-müəyyənlik var, ona görə də mən qərar qəbul etməyə tələsmirəm, bir az gözləyəcəm. Bu hər bir yeni komandaya aiddir – siz müqavilə bağlayırsınız və yanvar ayında məlum olur ki, komandanın starta çıxmağa vəsaiti yoxdur və siz işsiz qalacaqsınız. Belə bir vəziyyətdə mən McLaren-də qalmaq istərdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*