F-1.az xatırladır ki, keçən il Mercedesin gənc sürücülər məktəbinin yetirməsi DTM-də titul qazanmış və Formula1 testlərində Force İndia və Mercedes AMG komandalarında çıxışı etmişdi. Qarşıdakı mövsümöncəsi testlərdə 21 yaşlı sürücü ilk dəfə əsas sürücü kimi sükan arxasına əyləşəcək.
Stiven Fitspatrik, komandanın sahibi: “Paskal böyük gələcəyi olan sürətli sürücüdür, biz onu heyətimizə qatmağa çox şadıq. Bizim komanda balacadır, amma qarşıdakı mövsümdə qarşımıza böyük məqsədlər qoymuşuq – ona görə də istedadlı sürücü seçməyimiz vacib idi.
Paskal keçənilki testlərdə Mercedes AMG və Force İndia heyətində özünü əla göstərmişdi, DTM-də yaxşı nəticələrə imza ataraq keçən il titula yiyiələnmişdi. Bizim komandamız elə debüt ilində Paskala özünü göstərməsi üçün ideal seçimdi, biz səbirsizliklə ona kömək etməyi gözləyirik!”
Paskal Verlyayn: “Manor Racing Formula1-də karyeramı başlamaq üçün əla seçimdir və mən müqavilədən çox razı qaldım. Komanda balaca olsa da, qarşısına qoyduğu məqsədə çatmağa çalışan komandadır, mən tezliklə bütün əməkdaşlarla tanış olacam.
Əlbəttə, Mercedes AMG ailəmə təşəkkür etmək istəyirəm, xüsusən də Toto Volffa – uzun müddət ərzində mənim karyeramla məhz Volff məşğul olub, bu müqavilənin reallaşmasında da onun rolu böyükdür. İnanılmaz dəstəyə və arzumun reallaşmasındakı köməyə görə hamıya təşəkkür edirəm”.
Britaniyanın Autosport saytı bildirir ki, müqavilənin şərtlərinə görə, Manor Racing komandası Mercedes AMG-nin aerodinamik borusundakı tədqiqatların nəticələrini əldə edəcək. Müqavilənin dəyəri isə 7.5 milyon dollardır. Komandanın ikinci sürücüsünün adı qarşıdakı 10 gündə məlum olacaq…