F-1.az xəbər verir ki, bu müqaviləyə əsasən xidmətin populyar məzmunları Formula1 mərhələlərində azarkeşlərin əyləncə zonalarında böyük ekranlarda yayımlanacaq.
Bundan əlavə, Paramount+ reklamı Mayami, Monreal, Spilberq, Silverstoun, Montsa, Suzuka, Ostin, Mexiko, San-Paulu və Las-Veqasdakı traslarda fiziki və elektron mediada yerləşdiriləcək.
Brendon Snou, Formula1-in kommersiya direktoru: “Bu əməkdaşlıq Formula1-in idmanı təbliğ etmək və yeni auditoriyaya çatmaq üçün yeni imkanlar tapmaq öhdəliyini nümayiş etdirir. Paramount+ xidməti və platformada yerləşdirilən məzmun olduqca populyardır – Formula1 kimi onlarda da son illərdə böyük tamaşaçı artımı müşahidə edilib. Biz birlikdə azarkeş təcrübəsini təkmilləşdirmək, yarışları növbəti səviyyəyə qaldırmaq üçün qlobal platformalarımızdan və kollektiv əyləncə təcrübəmizdən istifadə edirik”.