Palou qələbəyə, Pauer isə titula sevinib

Dünən gecə okeanın o tayında növbəti İndyCar mövsümü başa çatıb. Montereydə Laquna Seka avtodromunda çempionun adına aydınlıq gəlib.

F-1.az xəbər verir ki, yarışın qalibi 11-ci yerdən liderliyə yüksələn Aleks Palou olub. Maraqlıdır ki, keçən il Aleks bu trasda qələbə qazanmaqla titulu da rəsmiləşdirmişdi. Amma bu dəfə mövsümün son yarışındakı qələbə sayəsində Aleks çempionatda sadəcə 5-ci ola bilib.

Finişdə ikinci yeri Cozef Nyuqarden tutub. Titula əsas namizəd 3 sürücüdən biri olan Cozef sıralanma turunda uğursuz çıxış etdiyi üçün 25-ci yerdən start alıb. Amma ixtiyarında qalan təzə yumşaq təkər dəstləri hesabına və Təhlükəsizlik Maşını rejimləri sayəsində irəliləyib və sonda Paueri də keçərək qələbəyə əsas namizəd olub. Amma yarışın sonunda Palounu keçə bilməyib.

Cozef hətta Aleksi də keçsəydi, titulu qazana bilməzdi, çünki pouldan start alan Vill Pauer vəziyyətə nəzarət edərək sadəcə finişə çatmağa üstünlük verib və podiumu tamamlamaqla bu vəzifənin öhdəsindən artıqlaması ilə gəlib.

Bəliliklə, Vill Pauer artıq ikiqat dünya çempionu olub – ilk titulunu 2014-cü ildə qazanmışdı.

Markus Eriksson çempionatda 4-cü ilini 6-cı yerdə başa vurub. Növbəti iki yeri isə McLaren komandasının sürücüləri – Pato O Vord və Feliks Rozenkvist tutublar.

Formula1-də əvvəl McLaren, sonra AlphaTauri komandaları ilə adı hallanan Kolton Herta mövsümü 10-cu yerdə başa vurub və superlisenziyasına cəmi 1 bal qazanıb – bu isə F1-ə keçməyə yetərli deyil…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*