Palou mövsümdə ilk qələbəsi ilə liderliyə yüksəlib

Dünən gecəyarısı okeanın o tayında İndyCar çempionatının növbəti mövsümündə beşinci yarış əfsanəvi İndianapolis Motor Speedway avtodromunda adi konfiqurasiyada baş tutub.

F-1.az xəbər verir ki, yarışın taleyini təkər strategiyası həll edib. Karyerasında ilk dəfə poul qazanan Kristian Lundqard və onunla birlikdə ilk cərgədən start alan Feliks Rozenkvist ilk hissəyə yumşaq təkərlər seçiblər. Erkən pit stopdan sonra Lundqard Palounu irəli buraxıb. Amma Rahal komandasının gənc sürücüsü növbəti təkər dəstində keçmiş dünya çempionunu trasda ötərək liderliyi özünə qaytarıb.

Lakin yarışın son hissəsində yenə də yumşaq təkərlərə qayıdan keçmiş F2 sürücüsü finişə yaxın tempini itirib və əvvəlcə Palounu, daha sonra isə McLaren komandasının sürücüləri – Pato O Vard və Aleks Rossini irəli buraxmalı olub. Bununla da Lundqard podium şansını əldən verib.

Beləliklə, Chip Ganassi komandasının sürücüsü Aleks Palou mövsümdə 1-ci, karyerasında 5-ci qələbəsinə sevinib. Bu qələbə sayəsində ispaniyalı sürücü 174 xalla liderliyə yüksəlib. McLaren-dən Patonun aktivində 168 xal var.

İki həftədən sonra çempionat iştirakçıları eyni trasın oval konfiqurasiyasında əfsanəvi İndy-500 yarışı üçün toplaşacaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*