F-1.az xatırladır ki, monakolu sürücü F3 və F2-də çempion olduqdan sonra 2018-ci ildə Formula1-də debüt etmiş və keçən mövsüm çempionluq uğrunda mübarizə aparmışdı.
Piter Vindzor: “Şarlı həmişə Lyuis və Maksla eyni pillədə görürəm. Məncə, o, bütün güclü pilotların sahib olduğu hər şeyə sahibdir. Sürməyindən bunu görmək mümkündür. Maşın əla olmasa da, sıralanma performansında xarüqələr yarada bilir”.