P.Vindsor: Hülkenberq yaxşı ikinci sürücüdür

Formula1 şərhçisi Piter Vindsor düşünür ki, Hülkenberq Red Bull-da ikinci sürücü ola bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü üçillik fasilədən sonra Haas komandası ilə Formula1-ə qayıdıb və mövsümün üçüncü yarışı Avstraliyada 8-ci olaraq 4 vacib xal qazanıb. Bundan başqa o ilk 3 sıralanma turunda son sessiyaya qala bilib.

Piter Vindsor: “Niko əla sürür. Çox qüsursuzdur. Yarış bitəndən sonra bolidi kənara çəkdi və çox yaxşı idi.

Kevinin də güclü olduğunu bilirik, amma yarış ərzində Niko onu kölgədə qoydu. Mükəmməl idi.

Mənə maraqlıdır: Əgər Red Bull-da olsaydı və Maksla eyni komandada yarışsaydı, nə edərdi? Əgər mükəmməl ikinci sürücü istəyirsinizsə, Hülkenberqi Bottas, Sayns və Pereslə eyni siyahıya qoya bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*