P.Verlyaynın gələcəyi təhlükədədir?

Sauber komandasının Ferrari ilə anlaşmasından sonra Paskal Verlyaynın Formula1-də gələcəyi təhlükə altına düşüb.

F-1.az xatırladır ki, almaniyalı sürücü DTM-də çempion olduqdan sonra Mercedes-in dəstəyi ilə Manor komandasında yarışmış və keçən il komandasına yeganə xalı qazandırmışdı.

Verlyayn bu il Sauber komandasına transfer olunub və komandasına 5 xal qazandırıb, ancaq bütün bunlara baxmayaraq, deyəsən 23 yaşlı sürücü komandadan göndəriləcək.

Ferrari komandasının prezidenti Sercio Markionne keçən həftə verdiyi açıqlamada bildirmişdi ki, Lekler və Covinatsini yarışdırmaq üçün komanda axtarırlar və bu komanda Sauber ola bilər. Keçən həftənin sonunda İsveçrə təmsilçisinin Ferrari ilə yeni mühərrik müqaviləsi bağlaması bu ehtimalı qüvvətləndirir.

Erikssonun sponsorların hesabına komandada qalması gözlənildiyi halda, Mercedes dəstəkli Verlyaynın komandadan göndərilməsi gündəmdədir.

Paskal Verlyayn: “Bütün xalları mən qazandım və sıralanma turunda Erikssona qarşı 8-2-lik üstünlük qazanmışam. Daha nə edim?”

Toto Volff: “Hazırda şahmat taxtası üzərində qəribə oyun gedir. Məncə, iki həftə ərzində maraqlı hadisələr olacaq”.

İddialara əsasən, Renault keçənilki test pilotları Esteban Okonla maraqlanır. Əgər bu müqavilə reallaşsa, Okon Renault-ya, Verlyayn isə Force İndia komandasına keçəcək.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*