F-1.az xatırladır ki, keçən həftə baş tutan ilk testlərdə zədəli Paskal Verlyaynı Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi əvəz etmişdi. İstisna deyil ki, italiyalı sürücü bu həftə də C36-nın sükanı arxasında işləməli olacaq, ancaq komanda hələ də əmin deyil ki, Verlyayn mövsümün ilk yarışına tam sağala biləcək.
Məntiqi yanaşma ilə güman etmək olar ki, Avstraliya Qran Prisində almaniyalı sürücünü əvəz edəcək sürücü də Covinatsi olmalıdır, amma italiyalı sürücü bu il Skuderiyanın ehtiyat sürücüsü funksiyasını yerinə yetirir. Əgər Melburnda Sebastyan Fettel və ya Kimi Rəykkönenin başına bir iş gələrsə, onda qırmızı maşının sükanı arxasında məhz Antonio oturmalıdır.
Bu vəziyyət Sauber-in rəhbərliyini məcbur edir ki, Verlyaynı əvəz edə biləcək sürücü axtarsınlar. İsveçrənin mötəbər Blick qəzeti xəbər verir ki, komanda keçən il GP3-də titul qazanmış Şarl Leklerlə danışıqlar aparır: monakolu sürücü keçən il cümə sərbəst yürüşlərində Haas-la çalışırdı. Qəzet güman edir ki, Sauber rəhbərliyi və 19 yaşlı sürücü arasında danışıqlar uğurlu alınarsa, məhz Şarl Melburnda start alacaq.