P.Verlyayn zədəsini tam sağalda bilib?

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, zədədən sonra çox məşq edib və artıq mövsümə hazırdır.

F-1.az xatırladır ki, Sauber komandası bu il Formula1-də 25-ci, Verlyayn isə 2-ci mövsümünə hazırlaşır.

Paskal Verlyayn: “Sözün açığı, Avstraliya yarışı həm mənim üçün, həm də Sauber üçün xüsusidir. Bu mənim komandadakı debütümdür. Beş işıq sönən zaman mənim üçün qeyri-adi olacaq.

Mövsümöncəsi testlərin ikinci həftəsində güclü idim. Sauber C36-ya uyğunlaşdım. Son həftələrdə etdiyim ağır məşqlərdən sonra ilk yarış üçün həyəcanlıyam. Özümü mübarizəyə hazır hiss edirəm. Komandama güvənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*