F-1.az xatırladır ki, Verlyayn yarışa komanda yoldaşı Okonun arxasında başlamışdı və ondan 20 saniyə geridə qalmışdı.
Verlyayn bildirib ki, bolidi idarə etmək çox çətin olub və mavi bayraqlar onu yarışa fokuslanmağa qoymayıb: “Yarış başdan sona qədər çətin keçdi. Sürətim aşağı idi və mavi bayraqlar sallanırdı. Deməyə söz tapmıram. Sadəcə məyusam. Mövsüm ərzində bolidi təkmilləşdirə bildik. Buna davam etməliyik və tempimizi artırmalıyıq. Yarışı sonuncu yerdə bitirmək heç də yaxşı deyil”.