F-1.az xatırladır ki, Paskal Verlyayn keçən il DTM seriyası üzrə Dünya Çempinu titulunu qazanıb və almaniyalı sürücü eyni zamanda Mercedes AMG komandasının test sürücüsü idi.
Almaniyalı pilot 2016-cı ildə Manor komandasında yarışacaq. Ancaq Mercdes-in avtoidman şöbəsinin direktoru Toto Volff bildirib ki, Verlyayn bu il də Mercedes üçün işləməyə davam edəcək: “Biz Paskal və Manor ilə danışıb, vəziyyəti düzəldə bilərik. Manor bu mövzuda zərər görməməlidir. Bu bizim üçün önəmlidir. Paskalı bir gecə ərzində geri çağırmaq istəmirik. Əgər Verlyaynla bağlı problem olsa, onda Esteban ona yaxşı alternativ ola bilər.
Esteban Mercedes simulyatorunu yaxşı tanıyır və onun üçün komanda tapmışıq. Əgər biz onu yarışdırmaq istəsək, bu barədə Renault ilə danışıqlar apara bilərik”.