Monako Qran Prisində isə Censon Battonla təmasdan sonra qəzaya uğrayan Paskal Verlyayn trasdakı tibb mərkəzində yoxlanışdan keçmişdi və həkimlər vəziyyətin yaxşı olduğunu bildirmişdilər. Lakin bu həftə daha geniş müayinədən keçən alman sürücünün səhhətində Kanada Qran Prisini buraxması üçün heç bir səbəb tapılmayıb. Sürücü şəxsi Twitter bloqunda yazıb: “Müayinələrdən keçdim, Monrealda görüşərik”.
F-1.az xatırladır ki, qışda Çempionlar Yarışında qəzada zədələnən Paskal mövsümün ilk iki yarışını buraxmış, Suaber onun əvəzinə Antonio Covinatsini yarışdırmışdı.
Checks all done ✅
See you in Montréal 🕺🏽@SauberF1Team— Pascal Wehrlein (@PWehrlein) June 1, 2017