F-1.az xatırladır ki, 22 yaşlı sürücü yanvarda Çempionlar Yarışında qəza edərək, zədələnmişdi. Almaniyalı sürücü bildirib ki, fiziki cəhətdən hazır olmadığı üçün ilk yarışı buraxmaq qərarına gəlib: “Məni tanıyan və mənim istəkli olduğumu bilən hər kəs bu qərara görə çox məyus olduğumu anlayacaqlar. Amma bu doğru qərar idi, çünki fiziki vəziyyətim 60 dövrəni tamamlamağa icazə vermirdi. Bir az da məşq edib, Çin yarışına çatmaq üçün əlimdən gələni edəcəm. Bu qərarı da komanda ilə birlikdə aldım. Həkimlərin məsləhətini almaq istəmədik. Qəzadan sonra bolidi 4 gün sürdüm və hər gün bir az özümü yaxşı hiss edirəm. Sonrakı yarışa qədər çoxlu idman edib, özümü hazır hiss etmək istəyirəm”.
P.Verlyayn tezliklə qayıtmaq istəyir
Zədəsinə görə Avstraliya yarışını buraxmalı olan Paskal Verlyayn bildirib ki, Çin yarışında yenidən sükan arxasına qayıtmaq istəyir.