F-1.az xatırladır ki, Mercedes çərşənbə günü Niko Rosberqlə testlərə başlamışdı və əlverişsiz hava şəraitinə görə sadəcə 60 dövrə vura bilmişdilər. Dünən Lyuis Həmiltonun trasa çıxmağı gözlənilsə də, onun yerinə Paskal Verlyayn çıxıb. Lyuis Həmiltonun testlərə qatılmamasının səbəbi isə ayağından zədə almasıdır.
Dünən əlverişsiz hava şəraiti davam edib və Paskal Verlyayn cəmi 31 dövrə tamamlaya bilib. Mercedes və Pirelli testlər ərzində əlverişsiz hava şəraitindən əziyyət çəkiblər və İspaniyada cəmi 91 dövrə tamamlaya biliblər.