F-1.az xatırladır ki, Verlyayn bu il Manor komandasında çıxış etmiş və Avstriya yarışında komandasına qızıl dəyərində 1 xal qazandırmışdı.
Almaniyalı sürücünün adı Force İndia ilə hallansa da, hindistanlılar gələn il üçün Esteban Okonla yarışmağa qərar vermiş, Renault isə Palmerlə müqaviləsini uzatmışdı.
Belə görünürdü ki, Verlyayn Manor-da qalacaq, amma son xəbərlərə əsasən, Sauber yeni sürücü axtarışına çıxıb. İddialara görə, Monişa Kaltenborn İnterlaqosda Mercedes rəsmiləri ilə danışıqlar aparacaq.
Güclü sponsorları olan Erikssonun Sauber-də qalması gözlənildiyi halda, Nasrın vəziyyəti müəmmalıdır. Əgər Nasr Sauber-dən ayrılsa, onun üçün yeganə alternativ Manor komandası olacaq…