P.Verlyayn Sauber-dən ayrılır?

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, 2018-ci ildə Sauber komandasında qalma ehtimalı çox aşağıdır.

F-1.az xatırladır ki, Sauber gələn il üçün Ferrari ilə müqavilə bağlayıb və tərəflər münasibətləri yaxşılaşdırmaq istəyirlər. Əgər tərəflər razılaşsalar, isveçrəlilər Ferrari Sürücü Akademiyasının pilotlarını komandalarında yarışdıracaqlar. Belə olan halda, ya Verlyayn ya da Eriksson komandadan getməlidir. Erikssonun sponsorlar hesabına komandada qalması qətidir. Buna görə də Verlyaynın getməsi gözlənilir.

Paskal Verlyayn: “Bu il komandaya çox yaxşı xallar qazandırdım, amma inanmıram ki, bunun bir təsiri olsun. Əlimdən gələni edirəm, ancaq gələn il Sauber-də qalmayacam. Ən azından indi belə görünür. Sauber gələn il Ferrari-nin gənc sürücülərindən biri ilə işləyəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*