P.Verlyayn qırmızı kombinezon geyinə bilər

İtaliya mətbuatının verdiyi xəbərlərə əsasən, Ferrari gələn il developer sürücü vakansiyası üçün Paskal Verlyaynı transfer edə bilər.

F-1.az xatırladır ki, Ferrari komandasının developer sürücüləri olan Covinatsi və Kvyat gələn il “qırmızılar”ın sıralarını tərk edirlər. Buna görə də İtaliya komandası onların əvəzinə təcrübəli sürücülər axtarır. Paskal Verlyayn hazırda Sauber komandasının ehtiyat sürücüsüdür və 2018-2019-cu il mövsümündə Formula E-də yarışacaq. Amma F1 ilə FE-nin təqvimi üst-üstə düşmədiyi üçün problem yaranmır.

Almaniyalı sürücü daha əvvəl Force İndia və Mercedes komandalarında ehtiyat sürücü, Manor və Sauber komnadalarında isə əsas sürücü kimi çıxış edib. Buna görə də Ferrari 24 yaşlı sürücünün təcrübəsindən yararlanmaq istəyir.

Qeyd edək ki, Ferrari komandası bu vəzifə üçün daha əvvəl Robert Kubitsa ilə danışıqlar aparıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*