F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniya və Azərbaycan yarışlarında 5 xal qazanıb və bir neçə dəfə sıralanma turunda ikinci sessiyaya qala bilib. Lakin isveçrəlilər 23 yaşlı sürücünün bu əziyyətini qiymətləndirməyərək komandadan göndərib və yerinə sonuncu Formula2 çempionu Şarl Lekleri gətiriblər.
Paskal Verlyayn: “Mövsümün ikinci yarısında rəqiblərimizdən daha çox geridə qaldıq. İspaniyada mövsümün ən yaxşı yarışını keçirdik və 8-ci olduq. Ondan sonra isə geriləməyə başladıq və bolidi təkmilləşdirmək üçün çox şey edə bilmədik. Məsələn, Suzukada sondan ikinci sürücü də məni bir dövrə geridə qoydu. Belə bolidlə möcüzələr yaratmaq mümkünsüzdür. İndi isə önümdəki alternativləri dəyərləndirəcəm. Formula1 həmişə xəyalım olub. Ümid edirəm ki, qayıda bilərəm”.