P.Verlyayn özünü yaxşı hiss edir

Sauber komandasının sürücüsü Paskal Verlyayn ilk iki yarışı buraxdıqdan sonra nəhayət ki, Bəhreyndə bolidinə qovuşub.

F-1.az xatırladır ki, almaniyalı sürücü yanvarda keçirilmiş Çempionlar Yarışında qəza edərək boynunu zədələmiş və buna görə də ideal formasına qayıda bilmədiyi üçün ilk 2 yarışı buraxmalı olmuşdu. Bu yarışlarda onu Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi əvəz etmişdi.

Almaniyalı sürücü Bəhreyndə bolidə qayıtsa da, performansı heç də ürəkaçan olmayıb. 22 yaşlı sürücü birinci sessiyada 18-ci, ikinci sessiyada isə 19-cu yeri tuta bilib.

Paskal Verlyayn: “Hər şeydən əvvəl bolidə qayıtdığım üçün xoşbəxtəm. Dövrəvi nəticələr hazırkı mərhələdə çox vacib deyil. Mən boliddə olmadığım zamanı kompensə etmək üçün yarış tempimdə dövrələr atmağa fokuslanmışdım. Boliddə özümü rahat hiss edirəm və komanda ilə birlikdə yaxşı işləyirik. Buna görə də cümə günü yaxşı addımlar atdıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*