P.Verlyayn mühərriyə görə narahatdır

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, Ferrari-nin keçənilki mühərriyi onlara kömək etməyəcək.

F-1.az xatırladır ki, Sauber komandası bu il 2016-cı ilin Ferrari mühərriyi ilə yarışacaq. Bu isə o deməkdir ki, isveçrəlilər il ərzində inkişaf etməyən mühərrikdən yararlanacaqlar.

Paskal Verlyayn: “Mühərrik mövzusunda belə qərar aldıq. Bizim üçün çətin olacaq, amma uyğunlaşmalıyıq. Manor komandasında olanda bazada 200 nəfər işləyirdi. Burada isə 350 nəfərdir. Aerodinamik boru da yaxşı işləyir. İlk dəfə bura gələndə mənə təsir etmişdi. Uğurlu olmaq üçün doğru yerdəyəm. Əminəm ki, bu il xallar qazanacağıq. Bolidi ən yaxşı formada inkişaf etdirib, əlimizə keçən fürsətləri dəyərləndirməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*