P.Verlyayn Mercedes-də yarışmağa hazırdır

Manor komandasının sürücüsü və Mercedes komandasının keçmiş test sürücüsü Paskal Verlyayn bildirib ki, əgər Mercedes komandasında boşluq olsa, orada yarışa bilər və bunun üçün hazırdır.

F-1.az xatırladır ki, Verlyayn Mercedes-in dəstəyi ilə Formula1-ə gəlib və hazırda Manor-da yarışır. Gənc sürücü bu gün heç kimin gözləmədiyi halda, Mercedes tərəfindən testlərə çağırılıb.

Mercedes yeni detallarını sınaqdan keçirtmək üçün daha təcrübəli sürücü ilə işləmək istəyib və son anda Esteban Okonun yerinə Paskal Verlyaynı çağırıb. Amma belə söz-söhbətlər var ki, komanda Niko Rosberqin ayrılma ehtimalına qarşı Verlyaynı hazırlayır.

Paskal Verlyayn: “Bəli, Mercedes-də yarışmağa hazıram”.

Jurnalistlər Verlyayndan “Mercedes testlərdə sizi sınayırdı?” sualını soruşub: “Həmişə imtahanlar olub. Rahatlanmaq olmaz. Həmişə çoxlu işləmək lazımdır. Həmişə çoxlu işləməli və maksimumu almalısınız”.

Verlyayn testlərdə iştirak edəcəyini gecə öyrənib və oturacaq sazlanması üçün yenidən trasa qayıtmalı olub: “Niyəsini doğrudan da bilmirəm. Düşünürəm ki, testlərin birinci günündə test proqramını tamamlaya bilməyiblər və təcrübəli sürücü istəyiblər. Dünən axşam mənə zəng gəldi və mən trasa qayıtdım. Bugünkü testlər üçün oturacaq sazlanması etdik.

Yaxşı gün idi. Çoxlu dövrələr vurduq. Deyəsən, 130-dan çox idi. Buna görə də xoşbəxtəm. Test proqramını bitirə bildik və boliddə yaxşı vaxt keçirdim. Doğrudan da, həzz aldım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*