P.Verlyayn insidentə görə Qutyerresi günahkar sayır

Paskal Verlyayn Meksika yarışının ilk dövrəsində Qutyerres ilə təmas yaşamış və mübarizəni vaxtından əvvəl dayandırmışdı. Almaniyalı bu insidentə görə meksikalı sürücünü günahkar sayır.

F-1.az xatırladır ki, Verlyayn bu mövsüm sıralanma turunda 4-cü dəfə ikinci sessiyaya qalmışdı. Amma yarışın ilk dövrəsində Qutyerresin təkəri bloka düşdüyünə görə dayana bilməmiş və almaniyalı sürücüyə çırpılmışdı.

Verlyayn Qutyerresin çox gec əyləndiyini deyib: “Əyləcə gec basdı. McLaren sürücülərinin biri ilə mübarizə aparırdı və daha sonra təkərləri bloka saldı və mənə çırpıldı. O cür vəziyyətdə ötmə etmək mümkün deyildi. Həmin insidenti sonradan bir neçə dəfə izlədim və etdiyi hərəkəti heç cür başa düşmədim. Öz yarışını da riskə atdı.

Orta qrupda bu cür insidentlər ola bilər. Amma bu vəziyyətdən qaça bilərdi. Mən və komandam çox məyus olduq. Doğrudan da güclü həftəsonu keçirdirdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*