P.Verlyayn ilk 4 yarışı buraxa bilərmiş

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, bu mövsüm yarışmağa Barselonada qayıtmağı gözləyirmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü yanvar ayında Çempionlar Yarışında qəza etmiş və mövsümün ilk iki yarışını buraxmalı olmuşdu. Amma 23 yaşlı sürücü Bəhreyndə Sauber-in sükanı arxasına qayıtmış və Barselonada komandasına ilk xalları qazandırmışdı.

Paskal Verlyayn: “Komanda ilk yarışıma Barselonada çıxacağımı gözləyirdi. Sözün açığı, 4 yarış buraxmağı düşünmürdüm. Fizioterapevt ilə işlədikdən sonra hər dəfə özümü daha yaxşı hiss edirdim və Bəhreyndə sükan arxasına keçməyin doğru olacağına qərar verdik. İlk yarışda bir az çətinlik çəkdim, lakin indi özümü rahat hiss edirəm. İspaniyada gözəl nəticə aldım. Hazırda gedişatdan razıyam. Ümid edirəm ki, növbəti yarışlarda da xalları toplamağa davam edərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*