P.Verlyayn ikinci testlərdə qayıdacaq?

Sauber komandasının sürücüsü Paskal Verlyayn zədə səbəbindən ilk mövsümöncəsi testlərini buraxmalı olmuşdu. Amma almaniyalı sürücü gələn həftə keçiriləcək ikinci qış testlərində sükan arxasına keçəcək.

F-1.az xatırladır ki, 22 yaşlı sürücü yanvar ayında Çempionlar Yarışında qəza edərək yaralanmış və tibbi müayinədən keçə bilməmişdi. Buna görə də Verlyaynı ilk qış testlərinə buraxmamışdılar.

Beləliklə, Sauber komandası ilk qış testləri üçün Verlyaynın əvəzinə Ferrari-nin test sürücüsü Antonio Covinatsini gətirib.

Hazırda tibbi müayinə davam etsə də, almaniyalı sürücünün zədəsi böyük ehtimalla keçib və martın 7-də başlayacaq ikinci mövsümöncəsi testlərdə Sauber C36-nın sükanı arxasına keçməsi gözlənilir. Amma Sauber komandası hələ də son qərarı verməyib.

Əgər Verlyayna icazə verilməsə, ikinci testlərdə də Covinatsi sükan arxasına keçəcək. Qeyd edək ki, almaniyalı sürücü zədəli olmasına baxmayaraq, C36-nın məlumatlarını öyrənmək üçün Barselonaya gəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*