F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-2017-ci illərdə Manor və Sauber komandalarında yarışmış və 39 yarışda sadəcə 6 xal toplaya bilmişdi. 26 yaşlı pilot hazırda Formula E-də çıxış edir.
Paskal Verlyayn: “Formula1-də yarışmadığımçün narahat deyiləm. Artıq orta qrup komandasında çıxış etmək istəmirəm. Belə təcrübəm oldu və xoşuma gəlmədi. Yarışa gedib 15-ci yeri tutmaq mənlik deyil.
2016-cı ildə Manor komandası ilə Avstriyada 10-cu olanda çox sevinmişdim. Ancaq qələbə ilə eyni hiss deyildi. Liderdən bir dövrə geridə qalmışdıq. Bizim komandada sadəcə 80 nəfər işlədiyi halda, böyük komandalarda 1500-ə qədər adam işləyir. Buna görə də nəticələr fərqli olurdu. Böyük komandadakı sürücülər uzun illərdir ki, yarışırlar və özlərini isbat ediblər. Bu səbəbdən onlar arasında yer tapmaq mənə çətin olacaq”.