P.Verlyayn güclü komanda yoldaşı istəyir

Manor komandası pilotlarından birini artıq açıqlayıb. O, Mercedes-in test və ehtiyat pilotu, eyni zamanda, 2015-ci ildə DTM çempionu olmuş Paskal Verlyayndır. O, gərgin mübarizə aparacağı güclü komanda yoldaşının olmasını istəyir.

F-1.az xatırladır ki, komandanın digər sürücüsünün kim olacağı hələ ki, aydın deyil.

Paskal Verlyayn: “Tras üzərində qarşılıqlı olaraq bir-birimizə çətin anlar yaşada biləcəyimiz bir komanda yoldaşımın olmasını istəyirəm. Amma mənim üçün ən əsas məsələ diqqətimi özümə cəlb etməkdir. Burda hər şey Mercedes-dən daha balacadı. Amma peşəkarlıq yüksək səviyyədədir. Növbəti mövsüm böyük bir addım atmağı planlaşdırmışıq və bu addımı atacağımızdan əminəm. Manor yeni sürücü üçün ideal komandadır. Burda çox şey öyrənmək mümkündür”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*