F-1.az xəbər verir ki, Verlyayn fərqli seriyalarda mübarizə aparsa da, onun şəxsi sponsoru yoxdur. Almaniyalı sürücünü ancaq Mercedes dəstəkləyir.
Mercedes Verlyaynı yarışdırmaq üçün Manor komandasına 5 milyon avro ödəyəcək və aerodinamik borusundan istifadə etməyə icazə verəcək.
Almaniyalı sürücü bildirib ki, onun sponsoru yoxdur və ailəsinin maddi imkanları da onu Formula1-də yarışdırmağa kömək edəcək qədər yaxşı deyil: “Pulum yoxdur, amma gördüyüm işlərə görə özümlə fəxr edirəm. Keçən il vacib işlər gördüm.
Əgər DTM-də çempion ola bilməsəydim, bəlkə də indi burada ola bilməzdim. Ancaq bilirəm ki, qış testlərində özümü yaxşı tərəfdən göstərməliyəm.
Çox istəyərdim ki, DTM seriyasında qazandığım çempionluq titulunu qoruyum, amma ən böyük hədəfim Formula1-dir”.