F-1.az xəbər verir ki, onun DTM-ə qayıdacağı barədə də şayiələr gəzir. Lakin bu, çox da real görünmür. Çünki Paskal Mercedes-in yetirməsidir və almanlar gələn il artıq həmin seriyanı tərk edərək Formula E seriyasına keçəcəklər. Lakin Verlyayn elektromobillərlə maraqlanmadığını bildirib…
Paskal Verlyayn: “Mən motorların səsini, sürəti və benzini sevirəm. Mən özümü Formula E-də heç təsəvvür belə edə bilmirəm”.
Yeri gəlmişkən, Toto Volff bildirib ki, Paskalın Formula1-də gələcəyi barədə neqativ düşünmək üçün hələ çox tezdir: “Pilotlar bazarında bir çox dəyişikliklər olacaq. Növbəti iki həftə ərzində maraqlı hadisələr baş verə bilər”.
Qeyd edək ki, Sauber komandasının gələn mövsümdə də Ferrari motorları ilə çıxış etməyə qərar verməsi alman sürücünün işini xeyli çətinləşdirib. Çünki Ferrari-nin iki yetirməsinin – Şarl Lekler və Antonio Covinatsinin adı komanda ilə yanaşı çəkilir.