F-1.az xatırladır ki, 2016-cı ildə Manor komandası ilə Formula1-də debüt edən Paskal Verlyayn 2017-ci ildə Sauber-ə transfer olunmuşdu. 2017-ci ilin sonunda komandadan göndərilən almaniyalı sürücü növbəti il özünə komanda tapa bilmədiyi üçün Mercedes komandasının ehtiyat sürücüsü işləmişdi.
Beləliklə, 24 yaşlı sürücü həm Formula E-də Mahindra-nın əsas sürücüsü olacaq, həm də Ferrari-nin simulyatorunda işləyəcək. Verlyaynın vəzifəsi rəsmən elən olunmasa da, italyanların simulyator sürücüsünə ehtiyacları var. Keçən il bu vəzifədə Covinatsi və Kvyat işləsələr də, hər iki sürücü bu il müvafiq olaraq Sauber və Toro Rosso-nun şərəfini qoruyacaq. Qeyd edək ki, gənc sürücü birinci gün Maranelloya gedərək Ferrari-nin bazasını ziyarət edib.