F-1.az xatırladır ki, almaniyalı sürücü keçən mövsüm də Ferrari komandasının developer sürücüsü idi. 25 yaşlı pilot eyni zamanda Mahindra ilə Formula E-də mübarizə aparır.
Verlyayn gələn il də həm Ferrari-nin developer sürücüsü olacaq, həm də Mahindra ilə yarışmağa davam edəcək.
Mattia Binotto: “Gələn il simulyatorda təcrübəli sürücülərimiz olacaq. Paskal gələn il də bizimlə işləyəcək. Simulyator get-gedə vacib rol oynayır. Buna görə də gələcəyə daha çox sərmayə qoymaq istəyirik”.