F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyn yarışına 13-cü yerdən başlasa da, yekunda 11-ci olub.
Paskal Verlyayn: “Yenidən yarışmaq çox gözəldir. Mükəmməl həftəsonu keçirdim və məni dəstəkləyənlərə təşəkkür edirəm. 13-cü yerdə başlayıb 11-ci oldum. Təbii ki, xal qazanmaq istərdim, amma orta qrup bir-birinə çox yaxındır və xal almaq mümkün deyildi.
Yarışda fiziki cəhətdən bir az çətinlik çəkdim, amma bu növbəti yarışda keçəcək. Özümü daha yaxşı hiss edirəm. Əminəm ki, Rusiyada daha yaxşı performans göstərəcəm”.