F-1.az xatırladır ki, almaniyalı sürücü yanvarda Çempionlar Yarışında Felipe Massa ilə toqquşmuş və maşını aşmışdı. Bu ağır qəzadan sonra 22 yaşlı sürücünün boynu zədələnmiş və buna görə də cari mövsümün ilk iki yarışında iştirak edə bilməmişdi.
Paskal Verlyayn: “Çempionlar Yarışı həmişə ağlımdadır. Bu il orada iştirak edə biləcəyimə əmin deyiləm. Amma bunu yenidən sınamaq istəyirəm. Bu il bəlkə sadəcə şənliklərə qoşularam. Bir müddət üçtəkərli maşın sürmək istəmirəm. Onsuz da bu yarışlarda məqsəq qalib gəlmək deyil. Fərqli seriyalarda çıxış edən güclü sürücülərlə vaxt keçirmək şansın olur. Yenidən bu yarışa qatılmaq üçün səbirsizlənirəm”.