F-1.az xatırladır ki, Sauber komandası Braziliya yarışından 2 xal qazanaraq, mühəndislər kubokunda Manoru qabaqlayıb.
Paskal Verlyayn: “Bütün yarış ərzində şərait pis idi. Yağış dayananda belə trasda çoxlu su var idi və sürmək çətin idi. Yağış təkərlərini keçid təkərlərinə dəyişdirmək qumar idi. Biz də bu alternativi düşünsək də, trasdakı şərait buna hazır deyildi. Bundan başqa, trası da görmək mümkün deyildi. Ümumilikdə isə yarış əsəblərimi pozdu. Yenidən bu cür təcrübə yaşamaq istəmirəm.
Felipe 2 xal alaraq, Sauber komandasını bizdən önə keçirtdi. Artıq bununla bağlı heç nə edə bilmərik. Braziliyada olanlardan sonra hər şeyin mümkün olduğunu gördük. Təslim olmayacayıq”.