P.Tambe vəfat edib

Fransanın AFP xəbər agentliyinin ailəsinə istinadən verdiyi məlumata görə, keçmiş Ferrari pilotu, F1-də 2 yarışda qalib gəlmiş Patrik Tambe vəfat edib.

F-1.az xatırladır ki, 73 yaşlı Tambe diabetlə yanaşı, parkinson xəstəliyindən də əziyyət çəkirdi.

Patrik 1977-1986-cı illərdə Formula1-də yarışıb və Ferrari ilə iki dəfə – 1982-ci ildə Almaniya və 1983-cü ildə San Marino yarışlarında qələbə qazanıb. Qeyd edək ki, o, Jil Vilnövün ölümündən sonra Ferrari-yə qoşulub.

Bundan əlavə, Tambe tanınmış sürücülərdən Ceyms Hant və Alan Consun da komanda yoldaşı olub. Formula1 karyerası boyunda 114 dəfə start alıb, 2 qələbə ilə yanaşı, 11 dəfə podiuma yüksəlib. 5 dəfə poulun, 2 dəfə isə sürətli dövrənin sahibi olub.

Fransız sürücü 24 saatlıq Le Man marafonunda da dörd dəfə yarışıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*