P.Simonds: “Təkər testləri bizə üstünlük gətirə bilər

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, 2017-ci il üçün keçiriləcək təkər testləri onlara üstünlük gətirə bilər.

F-1.az xatırladır ki, Pirelli qayda dəyişikliyinə görə 25 günlük test icazəsi alıb və 5 komanda test üçün Pirelli-yə 2015-ci il bolidini təqdim edəcək. O komandalardan biri də Williams komandasıdır.

Pət Simonds: “Bizə çoxlu təkərlər gətirəcəklər və soruşacaqlar ki, hansını seçirsiniz? Burada hamı fərqli növ təkərlər seçə bilər.

Bolidi o xüsusiyyətlərə görə sazlamaq çətin olacaq, amma biz bunun qarşılığını ala bilərik.

Bolidin ön tərəfini öyrənmək üçün yaxşı şansımız olacaq. Biz fərqli dizaynlardan istifadə edə bilərik. Mən demirəm ki, modifikasiya edilmiş boliddəki detalları gələn il istifadə edək, amma o cür şeyləri sazlamağı öyrənə bilərik.

Bolidin arxa tərəfi və aerodinamika çox asandır, amma mən gərək Çarli Uaytinqdən bəzi xırdalıqları öyrənim.

Biz bilirik ki, Pirelli hər kilometr üçün nə qədər ödəyəcək, amma hələki bəzi şeylər tam bilinmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*