F-1.az xatırladır ki, yeni təkər qaydalarından sonra yarış strategiyaları daha vacib olmağa başlayıb. Simonds bildirib ki, onlar bu sahədə yenidənqurma işləri aparırlar.
Pət Simonds: “Biz yenidənqurulma mərhələsindəyik. Bizim burada strategiyanı hazırlayan avadanlıqlarımız yoxdur. İki il yarımdan sonra bu sizə qəribə gələ bilər, amma reallıq budur.
Bu cür şeyləri sıfırdan qurmaq vaxt aparır və heyif ki, çoxlu səhvlər etdik. Ona görə də bu sahədə çatışmazlıqlarımız var.
Bu yarışdan əvvəl problem əmələ gətirmir, amma digər insanların istifadə etdikləri strategiya avadanlıqları bizdə yoxdur”.