F-1.az xatırladır ki, 2017-ci il Formula1 mövsümündə daha enli təkərlərdən istifadə ediləcək. Bundan başqa bolidlər də daha enli və aerodinamika cəhətdən daha güclü olacaqlar. Bəzi komandalar artıq gələnilki bolidlərin üzərində işləri yekunlaşdırmaq üzrədirlər.
Simonds inanır ki, bəzi komandalar yeni qaydaları daha yaxşı dəyərləndirirlər: “Bu bizim işimizin bir hissəsidir və bəzi komandalar Williams komamdasına nisbətən öndədirlər. Biz güclü olmaq üçün gecə-gündüz işləyirik”.