F-1.az xatırladır ki, birinci sərbəst yürüşlərin 25-ci dəqiqəsində beşinci döngənin çıxışında Felipe Massanın təkəri partlayıb və bunun nəticəsində Felipe Massa 6-cı döngənin girişində yerində fırlanıb.
Felipe Massa bundan sonra boksa qayıdıb və komanda onun bolidindəki altlığı düzəldərək yenidən trasa buraxıb. Ancaq Massa trasa çıxan kimi yenidən təkəri partlayıb.
Williams komandası bolidi təhlil etdikdən sonra bildirib ki, problemin səbəbi əyləcləri soyudan hava kanalında olub…
Pət Simonds: “Hər iki halda təkərin diski zədələnmişdi. Buna səbəb isə maşının arxa hissəsində əyləclərin soyutma sisteminin boruları idi. Düzdür, səbəbini elə də asanlıqla tapmadıq, amma əsas odur ki, tapdıq və problemi aradan qaldırdıq. Soyutma sisteminin konfiqurasiyası eynilə Bəhreyndə olduğu kimidir, biz sadəcə yüngülvari dəyişiklik etdik…”