P.Simonds: “Gələn il bolidlər 4-5 saniyə sürətlənməyəcək”

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, 2017-ci ilin bolidləri 2016-cı ilə nisbətən 5 saniyə sürətli olmayacaqlar.

F-1.az xatırladır ki, gələn il bolidlərdə daha çox asfaltayatma qüvvəsi və daha enli təkərlər olacaq. Döngədəki sürətlər artdığı üçün bolidlərin də 4-5 saniyə sürətlənməsi gözlənilir.

Pət Simonds: “Bu bolidlərdən daha əvvəl sürüblər. 2004 və 2005-ci ilin bolidlərindən fərqlənməyəcəklər. Məsələn, 200 km/saat sürətlə dönülən döngədə 30-35 km/saat daha sürətli olacaqlar. Buna görə əlavə G qüvvəsinə məruz qalacaqlar, yəni daha çox fiziki ağırlığa məruz qalacaqlar.

Bolidlərin gücləri 2000-ci illərin ortalarındakı kimi olacaq, amma hələ o səviyyədə deyilik. Xatırlayırsınız, hədəf dövrə başına 5 saniyə idi. Amma bunu bacaracağımızdan əmin deyiləm. Təkərlər haqqında da çoxlu müəmmalar var. Tam olaraq hansı səviyyədə olduğumuzu bilmirəm. Təkərlər barədə məntiqli proqnozlar versək, 4 saniyə inkişaf edə bilərik. Barselona kimi traslarda bu cür bolidlər yaxşı performans göstərir. Bundan da yaxşısı ola bilər, amma Montsa kimi asfaltayatma qüvvəsinin az olduğu traslarda fərq daha az olacaq”.

2017-ci ilin bolidlərinin aerodinamik borudakı testləri fevral ayında başlayıb. Buna görə də Simonds bildirib ki, onların test etmə imkanları azdır: “Aerodinamik boru üçün olan təkərlərini fevral ayının sonunda aldıq. Buna görə də hazırlıq üçün 2009-cu il bolidlərinə nisbətən daha az vaxtımız oldu. 2009-cu ilin bolidləri üçün daha çox işləmişdik. Bundan başqa 2009-cu ildə aerodinamik boruda 7 gün 24 saat işləyirdik. Toyota iki aerodinamik boru ilə bu cür işləyirdi. İndi isə bütün komandalar həftədə cəmi 65 dövrə vura bilir. Buna görə də 2009-cu ilə nisbətən fərqlilik var. Əgər bir komanda yenilik tapsa, onlara çatmaq lap çətin olacaq”.

Simonds sonda bildirib ki, yeni qaydalara görə sürətlənməyə ümid edən komandalar məyus ola bilərlər: “Bəzən yaxınlaşma ola bilər. Eynisi güc qurğularında da oldu. Güc qurğusu işçi qrupu bildirmişdi ki, performansları yaxınlaşdırmaq üçün heç nə etmək lazım deyil və bu 2017-ci ildə təbii formada reallaşacaq. Onlar haqlı çıxdılar. Gələn il güc qurğuları arasında fərq az olacaq. Eynisi şassilərə də aiddir. Bizim üçün ən yaxşı dəyişiklik 2014-cü ildə olmuşdu. Williams üçün yaxşı idi, çünki biz və bəzi komandalar koanda effektli qazburaxma sistemi olan diffuzorları başa düşə bilmirdik. Komandalar bu mövzuda çətinlik çəkirdilər və o getdikdən sonra komandalar bir az bərabərləşdilər və sıralanmada dəyişiklik oldu. Sıralanmada dəyişiklik ola bilər, amma komandaların performansı bir-birlərinə yaxınlaşa bilməz. Performansların bir-birinə yaxınlaşması üçün vaxt lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*